«İnnovasiya və Təchizat Mərkəzi» PHŞ 2022-ci il üzrə dövlət büdcəsi vəsaiti hesabına Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrini tibbi və digər aparatlar, avadanlıqlar, bərk və yumşaq inventarlar ilə təmin etmək məqsədilə açıq tender elan edib.
FED.az xəbər verir ki, tenderə potensial imkanlara (işçi qüvvəsinə, müvafiq işlər üzrə təcrübəyə, aidiyyəti ixtisasa, maliyyə və texniki imkanlara) malik olan hüquqi və fiziki şəxslər qoşula bilərlər.
Lot 1 - Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb müəssisələrinin təminatı üçün nəzərdə tutulan tibbi və digər aparatların, avadanlıqların, bərk və yumşaq inventarların satınalınması.
Tender təklifləri "bal" sistemi üsulu ilə qiymətləndiriləcəkdir. Üstünlük veriləcək meyarlar: ən səmərəli qiymət, yüksək keyfiyyət və qrafikə uyğun malların təhvil verilməsi.
Malların təchizat qrafiki müqavilə qüvvəyə mindiyi vaxtdan 31.12.2022-ci il tarixə kimi nəzərdə tutulmuşdur.
Tenderdə iştirak etmək istəyənlər 05 sentyabr 2022-ci il saat 17:00 tarixə kimi aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Tender prosedurunda iştirak etmək üçün yazılı müraciət;
- İştirak haqqının ödənilməsi barədə bank sənədi;
- İddiaçının son bir ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- İddiaçının hüquqi statusunu təsdiq edən sənədlər; - qeydiyyatdan keçdiyi ölkə, qeydiyyat şəhadətnaməsinin, nizamnamənin və digər hüquqi sənədlərin notarial təsdiq olunmuş surətləri, hüquqi ünvanı və bank rekvizitləri;
- İddiaçının potensial (peşəkarlıq, təcrübə, texniki və maliyyə imkanları, işçi qüvvəsi və.s.) imkanlarının olması haqqında məlumat;
- İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair təmin edilməmiş öhdəliklərin olub-olmaması barədə arayış;
- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə məlumat;
- satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi haqqında arayış;
- analoji işlər üzrə bağlanmış müqavilələrin olması;
- Tender komissiyasının zəruri saydığı digər arayış və sənədlər.
Tenderdə iştirak haqqı ödəməsinə baxmayaraq ixtisası tender predmetinə uyğun olmayan iddiaçılar kənarlaşdırılacaqdır. Tenderin əsas şərtlər toplusu Azərbaycan dilində hazırlanmışdır.
Tenderdə iştirak haqqı 500 manat müəyyənləşdirilmişdir.
İştirak haqqı aşağıdakı hesaba köçürülməlidir:
Alan: "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ
AZ 91 CTRE00000000000002128215(002741) Fond 7 maddə 142330
VÖEN 1300242201
Dövlət Xəzinədarlıq Agentliyi
VÖEN: 1401555071
M/h AZ41NABZ 01360100000000003944
Kod 210005
SWIFT Bik CTREAZ 22
İddiaçılar Azərbaycan dilində hazırladıqları tender təkliflərini və təklifin 1 (bir) faizi məbləğində Bank təminatını (təklif zərfləri açıldığı gündən sonra azı 60 bank günü ərzində qüvvədə olmalıdır) bağlı zərfdə 13 sentyabr 2022-ci il tarixdə saat 18:00-a qədər "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-yə (Ünvan: Bakı şəhəri Hacı-Həsən ŞTQ, Xocahəsən qəs. ev 3 Tel: 346-11-33, faks 346-03-16) təqdim etməlidirlər
Gec təqdim edilmiş zərflər açılmadan geri qaytarılacaqdır.
Tender təklifi bir ədəd əsli, bir ədəd surəti ikiqat zərfə daxil edilərək imzalanmış, möhürlənmiş şəkildə olmalıdır. Zərfin üzərinə “14 sentyabr 2022-ci il tarixdə saat 15:00-a kimi açılmamalıdır" sözləri yazılmalıdır. Tender təklifləri açıldığı gündən sonra azı 30 bank günü ərzində qüvvədə olmalıdır.
Tender təklifləri olan zərflər 14 sentyabr 2022-ci il tarixdə saat 15:00-da "İnnovasiya və Təchizat Mərkəzi" PHŞ-də açılacaqdır.
Tender proseduru "Dövlət satınalmaları haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq keçiriləcəkdir.