Quba Rayonu Suvarma Sistemləri İdarəsi əsaslı təmir işləri ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, qalib "Aztikintiservis" MMC olub.
Qalib şirkətlə 120 437 manat ödəniləcək.
Qeyd edək ki, müqavilədə torpaq məcralı "Aşağı-Xuc" kanalının (PK 35+00-PK 48+00) beton üzlüyə alınması,üzərindəki qurğularla birlikdə təmiri (işin davamı) nəzərdə tutulur.