Tovuz Rayon Suvarma Sistemləri İdarəsi iki tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, birinci tenderin qalibi "Azam Group" MMC seçilib.
Bu tenderdə 2_Əlimərdanlı arxının (PK 11÷39-PK-21÷19 L=980 pm, (başlanır N41.008572-E45.644297, son N41.015692-E45.653842) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satınalınması nəzərdə tutulur. Qalib şirkətə 118 713 manat ödəniləcək.
1_Bastam arxının (PK 76÷04-PK 84÷51, L=847 pm, (Başlanır N40.901190-E45.763601, Son N40.907059-E45.761632) beton üzlüyə alınması və üzərindəki qurğuların əsaslı təmiri işlərinin satınalınması ilə bağlı tenderin qalibi isə "Aztikintiservis" MMC seçilib.
Qalib şirkətə147 171 manat ödəniləcək.
İki tenderin birlikdə dəyəri 265 884 manat ödəniləcək.