Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bir neçə yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin satın alınması ilə bağlı bir mənbədən satınalma üsulu ilə tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderlərdən ikisinin qalibi “Bureau Mühit” MMC (VÖEN: 2006792941), ikisinin qalibi “Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu (VÖEN: 1400266891), ikisinin qalibi “Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu (VÖEN: 1500064181), iksinin qalibi “Bakı Dövlət Layihə İnstitutu” (VÖEN: 1700162811), ikisinin qalibi “Qala Group” (VÖEN: 1601355741), digər iksinin qalibi müvafiq olaraq “İrontree” (VÖEN: 1602812131) və “Reflect Architects” (VÖEN: 1201978521) olub.
“Azərdövlətsənayelayihə” Dövlət Layihə İnstitutu ilə - “Laçın rayonunun Kürdhacı kəndi üzrə 203 900 manat, Ərikli kəndi üzrə 208 350 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
“Azərinşaatlayihə” Dövlət Baş Layihə Konstruktor Texnoloji İnstitutu ilə Laçın rayonunun Sarıcallı kəndi üzrə 212 750 manat, Qubadlı rayonunun Hal kəndi üzrə 209 100 manat məbləğində sattınalma müqaviləsi imzalanıb.
“Bakı Dövlət Layihə İnstitutu ilə - “Zəngilan rayonunun Zəngilan kəndi üzrə 212 000 manat, Alıbəyli kəndi üzrə 209 900 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
“Qala Group” ilə - Füzuli rayonunun Qarakollu kəndi üzrə 295 100 manat, Qoçəhmədli kəndi üzrə 205 900 manat məbləğində satınalma müqavilə imzalanıb.
“İrontree” MMC ilə - Füzuli rayonunun Qarğabazar kəndi üzrə 225 350 manat məbləğində satınalma müqavilə imzalanıb.
“Reflect Architects” MMC ilə - Ağdam rayonunun Eyvazxanbəyli kəndi üzrə 249 300 manat məbləğində satınalma müqavilə imzalanıb.
Tenderlərin ümumi məbləği 2 231 650 manatdır.