Ərazi Tikinti-Planlaşdırma Mərkəzi bir neçə yaşayış məntəqəsinin salınmasının şəhərsalma əsaslandırılmasının hazırlanması işləri”nin satın alınması ilə bağlı bir mənbədən satınalma üsulu ilə tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderlərdən ikisinin qalibi "“EL & EN” Firması" (VÖEN: 1700162381), ikisinin qalibi “Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu (VÖEN: 1400229741), üçünün qalibi isə Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu (VÖEN: 1400126121) olub.
“EL & EN” Firması ilə - “Ağdam rayonunun Salahlı Kəngərli kəndi üzrə 232 000 manat, Güllücə kəndi üzrə 287 500 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
“Azərdövlətlayihə” Dövlət Baş Layihə İnstitutu ilə “Cəbrayıl rayonunun Sarıcallı kəndi üzrə 271 500 manat, Maşanlı kəndi üzrə 226 700 manat məbləğində sattınalma müqaviləsi imzalanıb.
"Azərmemarlayihə” Dövlət Baş Layihə İnstitutu ilə - “Qubadlı rayonunun Muradxanlı kəndi üzrə 216 750 manat, “Füzuli rayonunun Cuvarlı kənd i üzrə 213 200 manat, “Ağdam rayonunun Qiyaslı kəndi üzrə 290 500 manat məbləğində satınalma müqaviləsi imzalanıb.
Tenderlərin ümumi məbləği 1 724 350 manatdır.