Enerji Məsələlərini Tənzimləmə Agentliyi "Agentliyin 2022-ci büdcə ili üzrə maliyyə hesabatlarının Beynəlxalq Audit Standartlarına uyğun olaraq kənar auditinin həyata keçirilməsi xidmətinin satın alınması" kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, qalib "BKR İŞIK KONSALTİNQ" MMC (VÖEN: 1301536641) seçilib.
Şirkətlə 6 500 manat məbləğində satınalma müqaviləsi imzalanıb.