Dövlət Statistika Komitəsi audit tenderi ilə bağlı kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, "ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemlərinin sertifikatına malik Dövlət Statistika Komitəsi aparatının və keyfiyyəti idarəetmə sistemlərinin tətbiq edildiyi yerli statistika orqanlarının İSO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemləri üzrə təkrar sertifikatlaşdırılması məqsədilə audit xidmətinin satın alınması" kotirovka sorğunun qalibi "SOCİETE GENERALE DE SURVEİLLANCE AZERİ LTD" MMC (VÖEN: 9900042751) seçilib.
Şirkətlə dəyəri 18 691 manat olan satınalma müqaviləsi imzalanıb..
Qeyd edək ki, şirkətlə daha öncə də eyni adlı tender üzrə 17 782 manat dəyərində müqavilə bağlanılıb
Xatırladaq ki, "SGS AZERBAİJAN" MMC 23.04.1993-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 000 ABŞ dolları olan şirkətin qanuni təmsilçisi Seymur Ağayev Şahin oğludur. Hüquqi ünvanı Az1065 Bakı şəhəri, Yasamal rayonu İzmir ev 14-də yerləşir.