İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən Azərbaycanın müxtəlif şəhər və rayonlarında yerləşən və mühafizəyə ehtiyacı olan dövlət əmlaklarında 2026-cı il üzrə (gün ərzində 24 saat olmaqla) mühafizə xidmətlərinin satın alınması ilə bağlı elan edilmiş tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin qalibi "Gesco" ASC olub. Müqavilənin ümumi dəyəri 7 169 633 manat təşkil edir. Ehtimal olunan qiymət isə 7 264 552 manat idi.
Qeyd edək ki, "Gesco" ASC bu ilin əvvəlində (14.01.2026) daha bir dövlət qurumunun etimadını qazanıb. Şirkət Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən 2026-cı il üçün mühafizə xidmətləri üzrə keçirilən tenderin qalibi olub. Həmin müqavilənin dəyəri 332 477 manat təşkil edib.










