"Sosial Xidmətlər Agentliyi" (VÖEN – 1405196831) açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderin predmeti Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar və xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslərə avtomobillərin satınalınmasıdır. Ehtimal olunan qiymət 390 min 600 manat təşkil edir.
Tender 17 dekabr 2025-ci il, saat 17:11-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 13 yanvar 2026-cı il, saat 17:00, zərflərin açılışı isə həmin tarixdə, saat 17:00-da keçiriləcək.
İştirak haqqı 350 manatdır. Təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.
İstifadə haqqı isə 25 manat təşkil edir. Təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçməklə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs: Hüseyn Ağazadə - Təminat və Təhcizat departamentinin satınalma şöbəsinin müdiri
[email protected]
+994 12 525 41 30 (5155)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 13 yanvar 2026-cı il, saat 17:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti 1965, "Çinar Park" Biznes Mərkəzi bina 1, mərtəbə 2 ünvanına təqdim edə bilərlər.
Minik avtomobilinin texniki xarakteristikası Avtomobilin tipi: minik avtomobili (sedan tipli) Buraxılış ili: minimum 2025-ci il (yeni) uzunluq x en x hündürlük: minimum 4500 mm-1700 mm-1400 mm Yanacaq növü: benzin Oturacaq sayı: 5 oturacaqlı Mühərrik həcmi: minimum 1600 sm3 Silindr sayı: minimum 4 Maksimal at gücü: 150/5500 RPM Yanacaq çəninin həcmi: minimum 60 l Transmissiya: 5 MT Təkər ölçüsü: 185/65R15 Təhlükəsizlik: Sürücü və sərnişin təhlükəsizlik hava yastığı, yan hava, arxa parklama sensorları, mərkəzi kilidləmə sistemi, siqnalizasiya sistemi İnteryer: Dəri multi-funksional sükan, elektrik tənzimlənən yaddaşlı sürücü oturacağı, elektrik tənzimlənən sərnişin oturacağı, elektrik tənzimlənən ön və arxa pəncərələr, bluetooth, arxa kamera görüntüsü, kondisioner Eksteryer: LED ön fənərlər, ön və arxa duman əleyhinə fənərlər, elektrik tənzimlənən yan güzgülər Rəng: Satınalan tərəfindən seçim edilməklə - 24 ədəd











