Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Tenderlər

  1. Ana səhifə
  2. Tenderlər
  1. Tenderlər

Elektron satınalmaların ümumi satınalmalarda payı məbləğ üzrə - 18,8% TƏŞKİL EDİB

Elektron satınalmaların ümumi satınalmalarda payı məbləğ üzrə - 18,8% TƏŞKİL EDİB | FED.az
18:10 31 Yan 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (AİBNDX) 2022-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

FED.az xəbər verir ki, Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli ötən il ərzində görülən işlər və nəzərdə tutulan tədbirlər barədə KİV nümayəndələrini məlumatlandırıb.

Azərbaycanda keçirilən satınalmalarda iştirak məbləğlərinin - AZALMASI GÖZLƏNİLİR

Bildirilib ki, ötən il ölkədə rəqabət mühitinin təmin olunması, dövlət satınalmaları sahəsində şəffaflığın artırılması, keyfiyyət infrastrukturunun təkmilləşdirilməsi və istehlakçı hüquqlarının qorunması sahəsində əhəmiyyətli işlər görülüb, geniş maarifləndirmə işləri aparılıb. Qeyd edilib ki, istehlakçı hüquqlarının müdafiəsi və istehlak bazarına nəzarət sahəsində 2022-ci il ərzində Xidmətə daxil olan 5570 müraciətə baxılıb və bunlardan 2260 müraciət təmin olunub. Nəticədə, qanun pozuntusuna yol vermiş təsərrüfat subyektləri tərəfindən istehlakçılara 318 min manat vəsait geri qaytarılıb, 20 min manatadək dəymiş zərər ödənilib. 

Dövlət satınalmalarına nəzarətin həyata keçirilməsi ilə bağlı bildirilib ki, “Dövlət satınalmaları haqqında" yeni Qanun layihəsi hazırlanıb və aidiyyəti üzrə təqdim olunub. 2022-ci ildə ümumi satınalmaların məbləği 6,8 milyard manata yaxın olub, bunun da 95%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşüb. Ötən illə müqayisədə məbləğ üzrə müsabiqə əsaslı satınalmaların həcmi 70% artıb. 2022-ci ildə kotirovka sorğusu metodu ilə keçirilən satınalmalar tamamilə elektronlaşdırılıb. 2022-ci ildə elektron satınalmaların ümumi satınalmalarda payı say üzrə 59,1%, məbləğ üzrə 18,8% təşkil edib.

2022-ci il ərzində “etender.gov.az” portalının işi təkmilləşdirilib, dövlət qurumları ilə inteqrasiyanın həyata keçirilməsi üzrə tədbirlərə başlanılıb və artıq Mərkəzi Bankın elektron qarantiyalar reyestri ilə inteqrasiya yekunlaşdırılıb. Növbəti mərhələdə Dövlət Vergi Xidməti ilə vergi arayışlarının, sonra isə Dövlət Statistika Komitəsinin sahibkarlıq subyektləri reyestri ilə inteqrasiya nəzərdə tutulur. İl ərzində satınalmalar sahəsində Dövlət Xidmətinə daxil olan 10595 yekun protokoldan 1409-da qanunvericiliyin tələblərinin pozulması hallarının aşkarlandığı, bu istiqamətdə müvafiq tədbirlərin görüldüyü qeyd olunub.

Bildirilib ki, göstərilən dövlət xidmətlərinin vahid mərkəzdən aparılması, əlçatanlığı və keyfiyyətinin artırılması, ünvanlılığın və şəffaflığın təmin edilməsi məqsədilə vahid və mərkəzləşdirilmiş Elektron Rəqabət Portalının yaradılması və digər dövlət qurumlarında tətbiq olunan informasiya sistemləri ilə inteqrasiya edilməsi nəzərdə tutulur. 

Antiinhisar nəzarəti sahəsində görülən işlərlə bağlı qeyd olunub ki, 2022-ci ildə antiinhisar və haqsız rəqabət halları üzrə ümumilikdə 60 iş qaldırılıb, 48 işə baxılması başa çatdırılıb. Nəticədə, təqribən 6,5 milyon manata yaxın maliyyə sanksiyası tətbiq edilib. 2021-ci illə müqayisədə ötən il qaldırılan işlərin sayı 3 dəfə, baxılması başa çatmış işlərin sayı isə 2,2 dəfə artıb. Antiinhisar halları üzrə qaldırılan işlərin əksəriyyəti mobil telefon və qida məhsulları, haqsız rəqabət halları üzrə isə mühərrik yağlarının idxalı və ticarəti ilə məşğul olan sahibkarlıq subyektləri barədə olub. Qeyd olunub ki, antiinflyasiya tədbirləri çərçivəsində Dövlət Xidməti tərəfindən qarabaşaq, makaron, uzun düyü, mərci, zeytun yağı, marqarin, duz və çörək məhsullarının qiymətində artımlarla bağlı araşdırmalar aparılıb. Duz və qarabaşaq bazarı üzrə baxılması başa çatmış işlər nəticəsində 2 milyon manatadək mənfəətin dövlət büdcəsinə ödənilməsi barədə göstəriş verilib.

Təbii inhisarlara nəzarət sahəsində həyata keçirilən tədbirlər barədə də KİV nümayəndələrinə geniş məlumat verilib. Dövlət Xidməti tərəfindən 2022-ci ildə bu subyektlərin xidmətlərindən istifadə edən istehlakçı və sahibkarların müraciətləri təhlil olunub. Təbii inhisar subyektlərinin fəaliyyəti araşdırılıb, “Aztelekom” MMC-yə telekommunikasiya sahəsində rəqabət mühitinin yaxşılaşdırılması üzrə müvafiq daxili qaydaların 3 ay ərzində hazırlanması və tətbiqinə dair, “Azərbaycan Dəmir Yolları” QSC-yə isə dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması hallarının aradan qaldırılmasına dair göstəriş verilib. 

Keyfiyyətə nəzarət sahəsində həyata keçirilən tədbirlər xüsusi vurğulanıb. Məlumat verilib ki, bu yaxınlarda Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üzrə Dövlət Proqramı” təsdiq edilib. Dövlət Proqramının icrası milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması, Azərbaycanda texniki tənzimləmə sisteminin yaradılması, o cümlədən Avropa İttifaqının direktivləri əsasında milli texniki reqlamentlərin və beynəlxalq standartlar əsasında istinad edilmiş standartların qəbul edilməsində mühüm rol oynayacaq.

Media nümayəndələrinə məlumat verilib ki, 2022-ci ildə Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND)  tərəfindən  68 yeni dövlət standartı qəbul olunub. Türk Standartları İnstitutu (TSE) ilə əməkdaşlıq çərçivəsində AZSTAND ölkə ərazisində Türkiyənin 9000-dən çox milli standartının rəsmi nəşrlərini yaymaq hüququ əldə edib. AZSTAND-ın nəzdində fəaliyyət göstərən laboratoriyalarda 2022-ci il ərzində 2700-dən artıq məhsul üzrə 12000-dən çox sınaq aparıldığı vurğulanıb.

Tədbirdə keyfiyyət infrastrukturunun inkişafı istiqamətində atılan addımların əhəmiyyəti qeyd olunub. Bildirilib ki, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının Milli Metrologiya İnstitutu (TÜBİTAK UME) tərəfindən Azərbaycan Metrologiya İnstitutunda 20 laboratoriyanın yaradılması və  mövcud 7 laboratoriyanın təkmilləşdirilməsi ilə bağlı təkliflər təqdim edilib. Məlumat verilib ki, 2022-ci ildə Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən 111 qurum akkreditə edilib, 17 qurumun akkreditasiya sahəsi genişləndirilib. Ötən il ərzində sahibkarlıq subyektlərinə 61 mindən çox mənşə sertifikatı verilib. 

Tədbirin sonunda KİV nümayəndələrinin sualları cavablandırılıb.

Banner
Banner
  • Məmməd Abbasbəyli
  • tədbir
  • Elektron satınalmalar
  • satınalmalar
  • məbləğ
  • Antiinhisar və İstehlak Bazarına Nəzarət
Paylaş

Digər xəbərlər

"Subaru "Azərbaycan" hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
Tenderlər 23 Mart 2023
"Subaru "Azərbaycan" hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
Dövlət Sərhəd Xidmətinin iki tenderinin qalibi "Azeli Textil" oldu - NƏTİCƏ, MƏBLƏĞ
Tenderlər 23 Mart 2023
Dövlət Sərhəd Xidmətinin iki tenderinin qalibi "Azeli Textil" oldu - NƏTİCƏ, MƏBLƏĞ
Balakən Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
Tenderlər 23 Mart 2023
Balakən Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
Dövlət qurumu söhbətgah, həyətyanı ərazi üçün oturacaq və zibil qutuları alır - TENDER ELANI
Tenderlər 23 Mart 2023
Dövlət qurumu söhbətgah, həyətyanı ərazi üçün oturacaq və zibil qutuları alır - TENDER ELANI
Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
Tenderlər 23 Mart 2023
Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
Yeni Klinika - TENDER ELAN EDİR
Tenderlər 23 Mart 2023
Yeni Klinika - TENDER ELAN EDİR
Artıq səs-küy salmadan 2 ildə eyni qurumdan - 184 MİLYON MANATLIQ TENDER QAZANIB
Tenderlər 22 Mart 2023
Artıq səs-küy salmadan 2 ildə eyni qurumdan - 184 MİLYON MANATLIQ TENDER QAZANIB
Azərbaycanda böyük «dəftərxana tenderi» elan edildi – ŞƏRTLƏR, TƏLƏBLƏR
Tenderlər 22 Mart 2023
Azərbaycanda böyük «dəftərxana tenderi» elan edildi – ŞƏRTLƏR, TƏLƏBLƏR
"Azərenerji" ASC-nin tenderində - DƏYİŞİKLİK EDİLDİ
Tenderlər 18 Mart 2023
"Azərenerji" ASC-nin tenderində - DƏYİŞİKLİK EDİLDİ
Biləsuvar Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
Tenderlər 18 Mart 2023
Biləsuvar Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
İcra Hakimiyyəti tədbirlərin təşkili bağlı - TENDER ELAN EDİR
Tenderlər 18 Mart 2023
İcra Hakimiyyəti tədbirlərin təşkili bağlı - TENDER ELAN EDİR
Gəncədəki bu "Asan Xidmət"ə təmizlik xidmətinə 176 min manat xərclənəcək
Tenderlər 18 Mart 2023
Gəncədəki bu "Asan Xidmət"ə təmizlik xidmətinə 176 min manat xərclənəcək
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycanda vələmir əkini 5%-dən çox artıb
    17:33 23 Mart 2023
  • Azərbaycanda buğda əkini 16%-ə yaxın azalıb
    17:23 23 Mart 2023
  • Azərbaycanda sürtkü yağlarının istehsalı 54%-dən çox artıb
    17:12 23 Mart 2023
  • Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
    17:03 23 Mart 2023
  • İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb
    16:45 23 Mart 2023
  • Azərbaycandan dizel yanacağı istehsalı 1%-ə yaxın azalıb
    16:34 23 Mart 2023
  • Azərbaycanda ağ neft isthesalı 7%-dən çox azalıb
    16:20 23 Mart 2023
  • Gömrükçülər vətandaşin ölkəyə gətirdiyi - BREND ƏŞYALARI MÜSADİRƏ EDİB
    16:07 23 Mart 2023
  • Azərbaycanda avtomobil benzini istehsalı 4%-ə yaxın azalıb
    16:05 23 Mart 2023
  • Azərbaycanda araq istehsalı 19% artıb
    15:57 23 Mart 2023
  • Azərbaycanda pivə istehsalı 19% artıb
    15:45 23 Mart 2023
  • Azərbaycanda üzüm şərabı istehsalı 26% artıb
    15:34 23 Mart 2023
  • Azərbaycanda viski və konyak istehsalı 3 dəfə artıb
    15:33 23 Mart 2023
  • ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
    15:22 23 Mart 2023
  • Qlobal telekommunikasiya avadanlıqları bazarının artım tempi zəifləyib
    15:10 23 Mart 2023
  • Bu il qeyri-neft sektoru üzrə ən çox məhsul Türkiyəyə ixrac edilib
    14:57 23 Mart 2023
  • Ötən ay Azərbaycanda kafe və restoranlara 124.9 milyon manat xərclənib
    14:44 23 Mart 2023
  • ABŞ-ın neft ehtiyatları 1.12 milyon barel artıb
    14:30 23 Mart 2023
  • “Toyota” daxili bazar üçün “Camry” istehsal etməyəcək
    14:15 23 Mart 2023
  • Onlayn alış-veriş zamanı aldanan istehlakçı nə etməlidir?
    12:42 23 Mart 2023
  • FED-dən yeni artım qərarı - MANATI NƏ GÖZLƏYİR?
    12:36 23 Mart 2023
  • Həmtəsisçisi azərbaycanlı olan "Passion Punch 4" startapı - 4 MİLYON DOLLAR İNVESTİSİYA ALDI!
    12:22 23 Mart 2023
  • Asiya İnkişaf Bankı Azırbaycanda dəmiryol layihəsinin başa çatacağı vaxtı açıqlayıb
    12:13 23 Mart 2023
  • Azərbaycanda alkoqolsuz içki istehsalı 25% artıb
    12:01 23 Mart 2023
  • Azərbaycanda şəkər tozu və qənd istehsalı 2%-ə yaxın azalıb
    11:49 23 Mart 2023
  • Azərbaycanda marqarin istehsalı 22% azalıb
    11:32 23 Mart 2023
  • Azərbaycanda kərə yağı istehsalı 2% artıb
    11:24 23 Mart 2023
  • Azərbaycanda kolbasa məmulatlarının istehsalı 5% artıb
    11:16 23 Mart 2023
  • İqtisad Universiteti - UNEC dünya reytinqində - 501-Cİ YERƏ YÜKSƏLİB
    11:00 23 Mart 2023
  • BMT: Dünya əhalisinin dörddə birindən çoxunun təhlükəsiz içməli suya çıxışı yoxdur
    10:49 23 Mart 2023
  • Azərbaycanda duru yağ istehsalı 44% azalıb
    10:47 23 Mart 2023
  • Mercedes-Benz-in Rusiyadakı keçmiş zavodunda premium Çin avtomobilləri istehsal ediləcək
    10:43 23 Mart 2023
  • Azərbaycanda içki istehsalı 18% artıb
    10:37 23 Mart 2023
  • Azərbaycanda tütün məmulatlarının istehsalı 35%-ədək artıb
    10:29 23 Mart 2023
  • Şəkər tozu qiymətləri son 6 ilin ən yüksək zirvəsində
    10:26 23 Mart 2023
  • Azərbaycanda qida məhsullarının istehsalı 12,7% artıb
    10:24 23 Mart 2023
  • “Azinvestkredit” BOKT-un - Nizamnamə Kapitalı Azaldılır
    10:16 23 Mart 2023
  • "Subaru "Azərbaycan" hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
    10:10 23 Mart 2023
  • Türkiyədə minimum pensiya 36 % artırılır
    10:09 23 Mart 2023
  • "İndiyə qədər 80 min TOGG avtomobili sifariş verilib"
    09:55 23 Mart 2023
  • Dövlət Sərhəd Xidmətinin iki tenderinin qalibi "Azeli Textil" oldu - NƏTİCƏ, MƏBLƏĞ
    09:54 23 Mart 2023
  • Balakən Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    09:45 23 Mart 2023
  • 2022-ci ildə qlobal təbii fəlakətlərin vurduğu ziyanların məbləği açıqlanıb
    09:32 23 Mart 2023
  • “WhatsApp”a yeni funksiyalar əlavə edildi
    09:16 23 Mart 2023
  • Bakıda bu ərazidə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
    09:03 23 Mart 2023
  • Dövlət qurumu söhbətgah, həyətyanı ərazi üçün oturacaq və zibil qutuları alır - TENDER ELANI
    08:57 23 Mart 2023
  • Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
    08:46 23 Mart 2023
  • Rusiyaya məxsus yük gəmisi Finlandiya limanında saxlanılıb
    08:42 23 Mart 2023
  • FED 2023-cü ildə ABŞ iqtisadiyyatının artımı proqnozunu pisləşdirib
    08:36 23 Mart 2023
  • Yeni Klinika - TENDER ELAN EDİR
    08:34 23 Mart 2023
  • Laçın-Xankəndi yolundakı aksiya 102 gündür davam edir - FOTO
    08:31 23 Mart 2023
  • ABŞ və Böyük Britaniyanın ticarət kəsiri rekord həddə çatdı
    08:29 23 Mart 2023
  • FED faiz qərarını açıqladı – 2006-CI İLDƏN SONRA İLK
    01:16 23 Mart 2023
  • "Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
    20:50 22 Mart 2023
  • "VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
    20:46 22 Mart 2023
  • "Xalq Bank" Bakıda və bölgələrdə işçilər Axtarır - VAKANSİYALAR
    20:42 22 Mart 2023
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-800-900-1000-1200-1400-1500-2500 manat - 25 VAKANSİYA
    20:37 22 Mart 2023
  • "Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:35 22 Mart 2023
  • "Baku Electronics" çoxsaylı işçilər yığır - VAKANSİYALAR
    20:31 22 Mart 2023
  • "Baku Steel Company LLC" işçi axtarır - VAKANSİYA
    20:29 22 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!