Azərbaycanın enerji sektorunda daha bir iri investisiya layihəsinin icrasına başlanır.
"Bakı Metropoliteni" texniki yenilənməyə 1,1 milyon manat ayıracaq - TENDERLƏR
FED.az xəbər verir ki, “Azərenerji” Açıq Tipli Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikasında həyata keçiriləcək 110 kV-luq elektrik verilişi xətlərinin yenidən qurulması ilə bağlı tender müsabiqəsinin qalibi müəyyən edilib. Bu layihə çərçivəsində əsas işləri Elektrikquraşdırma Müəssisəsi yerinə yetirəcək.
Layihənin ümumi dəyəri 39.881.427,21 manat təşkil edir. Bu vəsait hesabına Naxçıvan Muxtar Respublikasında yerləşən 110 kV-luq elektrik verilişi xətləri ikidövrəli variantda tam şəkildə yenilənəcək. Eyni zamanda Naxçıvan şəhərinə düşən hissənin hava xətlərindən kabel xətlərinə keçirilməsi planlaşdırılır.