İşğaldan azad edilən ərazilərdə tikiləcək yaşayış binaları ilə bağlı daha bir böyük tenderin nəticəsi məlum olub.
FED.az xəbər verir ki, Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin elan etdiyi Suqovuşan qəsəbəsində 5 ədəd 5 mərtəbəli 2 girişli yaşayış binalarının tikintisi işlərinin satın alınması üzrə tenderin qalibi «El-Seym İnşaat» QSC (VÖEN: 1000202761) olub.
Şirkətlə 16 milyon 584 min 89 manat məbləğində müqavilə bağlanılıb.
«El-Seym İnşaat» QSC 05.01.1996-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 152 000 manatdır. Qanuni təmsilçisi Az1007,Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov, ev 14, m 1-də yerləşir.