İşğaldan azad edilən ərazilərdə tikiləcək yaşayış kompleksi ilə bağlı daha bir böyük tenderin nəticəsi məlum olub.
Mebellər və inventarlar satın alınır - BÖYÜK TENDER ELANI - SİYAHI
FED.az xəbər verir ki, "MİDA" MMC-nin elan etdiyi Füzuli şəhərində çoxmənzilli yaşayış binalarının tikintisi üzrə tenderin qalibi «El-Seym İnşaat» QSC və «SNT İnşaat» Şirkəti konsorsiumu olub.
Füzuli şəhərində 8,90 ha torpaq sahəsində 1, 2, 3, 4, 5 və 6 nömrəli çoxmənzilli yaşayış binalarının tikintisi tenderinin qalibi «El-Seym İnşaat» QSC və «SNT İnşaat Şirkəti» konsorsiumu elan edilib. Bu şirkətlərlə 14 milyon 436 428 manat məbləğində müqavilə bağlanılıb.
Xatırladaq ki, bir neçə gün əvvəl «El-Seym İnşaat» QSC Qida Təhlükəsizliyi Agentliyinin "Qazax rayonu Qırmızı Körpü qida təhlükəsizliyinə nəzarət keçid məntəqəsinin tikintisi işləri"nin satın alınması üzrə 4,2 milyon manatlıq tenderini də qazanıb.