Ədliyyə Nazirliyi xüsusi geyim formalarının alınması ilə bağlı tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Evim Tekstil" MMC olub.
Qalib şirkətə 552 981 manat ödəniləcək.
Qeyd edək ki, "Evim Tekstil"MMC bundan əvvəl İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyinin 956 009 manat dəyərindəki "Dövlət vergi orqanlarının vəzifəli şəxslərinin xüsusi geyim forması və fərqləndirmə nişanlarının satın alınması" tenderinin qalibi seçilib (01.09.2022).
Şirkət 2020-ci ildən indiyədək 8 tenderin qalibi seçilib.