Ədliyyə Nazirliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Bestcomp Group" QSC (VÖEN: 1300141651) tenderin qalibi olub.
Qalib şirkətə 4 362 975 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrin istismarında olan "Elektron məhkəmə" informasiya sisteminin, informasiya-kommunikasiya avadanlığının, şəbəkə infrastrukturunun saxlanılması, inkişafı, və ona texniki dəstəyin göstərilməsinin satınalınması nəzərdə tutulur.