Ədliyyə Nazirliyi növbəti tenderin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderin qalibi "Bestcomp Group" QSC (VÖEN: 1300141651) tenderin qalibi olub.
Qalib şirkətə 2 132 218 manat ödəniləcək.
Qeyd edək ki, tenderdə Ədliyyə Nazirliyinin struktur qurumlarının istismarında olan avtomatlaşdırılmış sistemlər, informasiya-kommunikasiya avadanlığı və şəbəkə infrastrukturununun saxlanılması və inkişafı, habelə ona texniki dəstəyin göstərilməsi xidmətlərinin satınalınması nəzərdə tutulur.