Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi növbəti tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, rentgen plyonkalarının, cərrahi, stomotoloji, dezinfeksiya ediçi və digər istismar materiallarının satın alınması ilə bağlı tenderin qalibi "Garant Plus" MMC (VÖEN: 1304411071) olub.
Qalib şirkətə 133 576 manat ödəniləcək.
"Garant Plus" MMC daha öncə Müdafiə Nazirliyinin 169 092 manat dəyərindəki "Azərbaycan Ordusunun şəxsi heyətinin tibbi təminatı üçün məsrəf tibbi ləvazimatlarının satın alınması" tenderinin qalibi olub (20.10.2022).