Ədliyyə Nazirliyi Aİ-95 markalı yanacağın satınalınması ilə bağlı 2 tenderə yekun vurub.
Dövlət qurumu yanacaq alır - TENDER ELANI
Dövlət qurumu yanacaq və sürtkü materialları alır - TENDER ELANI, SİYAHI
FED.az xəbər verir ki, hər 2 tenderin qalibi “Azpetrol LTD” MMC.
Qalib şirkət “Ədliyyə Nazirliyinin struktur qurumlarının istifadəsində olan xidməti minik avtomobilləri üçün Aİ-95 markalı yanacağın satınalınması” tenderi üzrə 208 820 manat, “Ədliyyə Nazirliyi tərəfindən maliyyələşməsi həyata keçirilən məhkəmələrin istifadəsində olan xidməti minik avtomobilləri üçün Aİ-95 markalı yanacağın satınalınması” tenderi üzrə isə 188 800 manat dəyərində müqavilələr imzalanıb.
“Azpetrol LTD” MMC nazirlikdən ümumilikdə 397 620 manat sifariş qəbul edib.