Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Ağcabədi şəhəri, Heydər Əliyev prospekti, 232 (1), Ağdam rayonu, Quzanlı qəsəbəsi (2), Beyləqan şəhəri, Məhəmməd Əsədov küçəsi, 81 (3), İmişli şəhəri, Abbasqulu bəy Şadlinski küçəsi, 8A (4), Saatlı şəhəri, Heydər Əliyev prospekti, 91 (5), Neftçala şəhəri, Heydər Əliyev prospekti, 38A (6), Şabran rayonu, Heydər Əliyev prospekti (7), Siyəzən şəhəri, Tofiq İsmayılov küçəsi, 3A (8) və Şirvan şəhəri, Məhəmməd Əmin Rəsulzadə prospekti, 3A (9) ünvanlarında yerləşən inzibati binalarının əsaslı təmirinin layihələndirilməsi ilə bağlı elan etdiyi 9 açıq tenderə yekun vurub.
Eləcə də bax: Sumqayıtda tikilməkdə olan yeni “ASAN xidmət” üçün 2 milyon manat - XƏRCLƏNƏCƏK
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, dövlət satınalmalarının vahid internet portalında verilən məlumata görə, tenderlərin hamısının qalibləri "Qala Group" MMC-dir.
Qalib şirkətə hər tender üçün 51 920 manat, ümumilikdə isə 467 280 manat ödəniləcək.