Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) audit xidməti ilə
bağlı açıq tender elan elan edir.
FED.az xəbər verir ki, tender elanı qurumun aparat və struktur bölmələri üçün 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidməti ilə bağlıdır.
Tenderdə iştirak haqqı 350 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1300050781
Satınalan təşkilatın ünvanı: Həsən bəy Zərdabi 80
Satınalma predmeti: Dövlət Sosial Müdafiə Fondunun (qurumları) Aparat və digər struktur bölmələri üçün 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması
ÜSL kod (kateqoriya): 66151000-3 Maliyyə bazarının əməliyyat xidmətləri,
Müsabiqənin başlama tarixi və vaxtı: 03.04.2023 17:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 26.04.2023 16:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 04.05.2023 16:00
Zərflərin açılış tarixi və vaxtı: 05.05.2023 16:00
İştirak haqqının ödənilməsi yalnız Asan Ödəniş Sistemi vasitəsilə həyata keçirilə bilər. Müsabiqədə iştirak etmək üçün müsabiqəyə daxil olaraq müvafiq ödənişi etdikdən sonra təklif göndərmək mümkün olacaqdır.
Ödəniş şərtləri - köçürmə yolu ilə
Çatdırılma yeri - Bakı şəh., Yasamal ray., H.Zərdabi pr.80
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 2023
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergiödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə təsdiqedici sənəd
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı
Nizamnamə
Qeydiyyatdan keçdiyi ölkə
Rekvizitlər
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması barədə təsdiqedici sənəd.
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Sahibkarlıq subyektinin bölgüsü
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması, müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması barədə təsdiqedici sənəd
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin,habelə işlərini idarə edənlərin,qulluqçularının peşəkar fəaliyyətləri,yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması,yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə təsdiqedici sənəd
Peşə məsuliyyətinin sığortası şəhadətnaməsinin mövcudluğu barədə təsdiqedici sənəd
“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Azərbaycan Respublikası Auditorlar Palatasından alınmış müvafiq lisenziya
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Tender təklifi
Qiymət təklifi: 40 bal
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Zahir Əliyev, Satınalmaların Təşkili və Təchizat departamentinin müdiri
Email: [email protected]
Əlaqə telefonu: (012) 434 52 59
Əlaqə telefonu:Tələb olunan iddiaçıların sayı: 3