“Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC audit xidməti ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, sorğunun qalibi "BKR İşik Konsaltinq" MMC seçilib.
Qalib şirkətə 19 500 manat ödəniləcək.
Qeyd edək ki, sorğu elanında cəmiyyətin 2022-ci il konsolidə edilmiş maliyyə hesabatlarının auditi nəzərdə tutulur.
1.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiqlənmiş "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları"na 1 nömrəli Əlavə - "Maliyyə vəziyyəti haqqında hesabat"
2.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiqlənmiş "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları"na 2 nömrəli Əlavə - "Maliyyə fəaliyyətinin nəticələri haqqında hesabat"
3.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiqlənmiş "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları"na 2 nömrəli Əlavə - "Xalis aktivlər/kapitalda dəyişikliklər haqqında hesabat"
4.Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyası tərəfindən 25 dekabr 2018-ci il tarixli Q-13 nömrəli Qərarı ilə təsdiqlənmiş "İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları"na 2 nömrəli Əlavə - "Pul vəsaitlərinin hərəkəti haqqında hesabat"
5.Əhəmiyyətli uçot siyasətləri və izahlı qeydlər