Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi açıq tender elan edir.
Nazirlikdə təmizlik işləri bu şirkətə - TƏHVİL VERİLDİ
FED.az xəbər verir ki, elanda lizinq portfelinin yığımı üçün və Agentliyin digər fəaliyyət istiqamətləri üzrə hüquqi yardım və respublikanın müxtəlif bölgələrində məhkəmə-hüquq xidmətlərinin satın alınması nəzərdə tutulub.
Müsabiqədə iştirak haqqı 350 manat təşkil edir.
Satınalan təşkilatın VÖEN-i: 1700428481
Satınalan təşkilatın ünvanı: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91.
Ehtimal olunan qiymət: 344.808,00 AZN
Müsabiqənin dərc edilmə tarixi və vaxtı: 22.07.2024 16:59
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 13.08.2024 17:30
Zərflərin açılış tarixi və vaxtı: 13.08.2024 17:30
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Elçin Dadaşov, Böyük məsləhətçi
Email : [email protected]
Əlaqə telefonu : 012 525 81 19