Kənd Təsərrüfatı Nazirliyi “Kənd Təsərrüfatı Nazirliyinin inzibati binasında təmizlik, fasad şüşələrinin və bütün fasad hissələrinin yuyulması xidmətlərinin satınalınması” tenderinin nəticələrini elan edib.
Dövlət Xidməti təmizlik xidməti alır - DETALLAR
FED.az xəbər verir ki, tenderin qalibi “Parlaq Məkan” MMC olub.
Qalib şəxsə 195 694 manat ödəniləcək.
Tender çərçivəsində aşağıdakı cədvəldə qeyd edilmiş təmizlik işləri satın alınacaq :
| № | Başlıq | Açıqlama | Miqdar | Ölçü vahidi | Kod | 
| 1 | Kənd Təsərrüfatı Nazirliyinin aparatının ümumi sahəsi (1,2,6-13 mərtəbələr) | 9677.17 m2 | 12 | ay | 76111501 | 
| 2 | AKİA-nin yerləşdiyi mərtəbələrin sahəsi (4,5 mərtəbə) | 1938.2 m2 | 12 | ay | 76111501 | 
| 3 | ATM-in yerləşdiyi mərtəbələrin sahəsi (3 mərtəbə) | 930.63 m2 | 12 | ay | 76111501 | 
| 4 | Zirzəminin sahəsi(avtodayanacaq və müxtəlif xidmət otaqları) | 4133 m2 | 12 | ay | 76111501 | 
| 5 | Həyətyanı və yaşıllıq sahəsi | 3900 m2 | 12 | ay | 76111501 | 
| 6 | Fasadın təmizlənməsi | Fasad ümumi həcmi - 10341 m2 Dam örtüyünün sahəsi - 978 m2 Dam örtüyünün qalınlığı - 200 mm Dam örtündə rigelin ölçüləri - 400x600mm | 4 | ədəd | 76111501 | 


 
            
 
                            
                            
                        

 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








