Kotirovka sorğusunda ehtimal olunan məbləğ 30 min manatdan çox olduqda yalnız müəyyən kateqoriyalar iştirak edə biləcək.
Məmməd Abbasbəyli: "Büdcə vəsaitləri birbaşa satınalmalar vasitəsilə effektiv istifadə edilə bilər"
FED.az Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir ki, 2024-cü ilin yanvarın 1-dən etibarən kotirovka sorğusu ilə keçirilən satınalmalarda ehtimal olunan qiymət 30 000 manatadək olduqda yalnız mikro və kiçik sahibkarlıq subyekti olan təchizatçılar, 30 000 manatdan 100 000 manatadək olduqda mikro, kiçik və orta sahibkarlıq subyekti olan təchizatçılar iştirak edə biləcək.