Dövlət Xəzinədarlığı Agentliyi “Xəzinədarlığın İnformasiya İdarəetmə sistemlərinin yenilənməsi və dəstəklənməsi” xidmətinin satın alınması ilə bağlı açıq tenderə yekun vurub
FED.ax xəbər verir ki, elektron satınalma vasitəsilə 23 may 2023-cü il tarixdə keçirilmiş müsabiqənin qalibi "Cerberus" MMC olub.
Qalib müəssisə ilə 19 iyun 2023-cü il tarixdə bütün vergilər və xərclər daxil olmaqla 379.960,00 (üç yüz yetmiş doqquz min doqquz yüz altmış) manat dəyərində satınalma müqaviləsi imzalanıb.