Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi "İKT avadanlıqlarının alınması və müxtəlif növ lisenziyaların istifadə və ya dəstək müddətinin uzadılması" tenderinin nəticələrini elan edib.
FED.az xəbər verir ki, tenderinq qalibi "İnfinitech" MMC seçilib.
Qalib şirkətə 2 203 532 manat ödəniləcək.
"İnfinitech" MMC daha öncə də agentliyin 1 128 087 manat dəyərindəki "SAP sistemində müqavilələrin icrasına dair məlumatların mübadiləsinin İSO 20022 standartlarına uyğun olaraq MX formatında aparılması, Mərkəzi Bankın Hökümət Ödəniş Portalı sistemi ilə inteqrasiyası və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalının verilənlər bazasının yenilənməsi üzrə işlərin və xidmətlər”in satın alınması" tenderinin qalibi seçilib (23.11.2022).