Dövlət Xəzinədarlığı Agentliyi “"Yaddaş massivi üçün yeni disklərin alınması və müxtəlif növ proqram təminatlarının lisenziyasının istifadə müddətinin artırılması xidmətləri”nin satın alınması” və ““SAP sistemində müqavilələrin icrasına dair məlumatların mübadiləsinin İSO 20022 standartlarına uyğun olaraq MX formatında aparılması, Mərkəzi Bankın Hökümət Ödəniş Portalı sistemi ilə inteqrasiyası və Xəzinədarlığın İnformasiya İdarəetmə Portalının verilənlər bazasının yenilənməsi üzrə işlərin və xidmətlər”in satın alınması” tenderlərinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, birinci tenderin qalibi “Digitsol” MMC olub.
Şirkətlə 1 milyon 063 min 188, ikinci tender üzrə 125 min 505 manat dəyərində müqavilə imzalanıb.
İkinci tenderin qalibi "İnfinitech" MMC olub. Həmin şirkətlə 1 milyon 128 min 088 manat dəyərində müqvailə imzalanıb.
Bağlanmış müqavilələrin ümumi dəyəri 2 milyon 191 min 275 manat təşkil edir.