Tikilməkdə Olan Melıorasiya Və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti “«Həkəri çayının sağ və sol sahilində yerləşən əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi » (Magistral boru xətti) üzrə layihə-smeta sənədlərinin hazırlanması və tikinti-quraşdırma işləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Nort Vest Konstrakşn” MMC olub. Şirkətlə 188 milyon 751 min 250 manat məbləğində müqavilə imzalanıb.