Dövlət Vergi Xidməti iri məbləğli tenderin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderlərin qalibi "Cybernet" MMC seçilib.
Şirkətlə 6 117 524 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edəki, tenderdə Dövlət Vergi Xidmətinin server otağında şəbəkə və əməliyyat sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz), məlumat bazalarının, arxiv sistemlərinin (Əsas Mərkəz + Ehtiyat Mərkəz + Backup Mərkəz) monitorinqi və konsultasiya xidmətlərinin göstərilməsinin, Sifarişçiyə məxsus avadanlıqlarda quraşdırılmış Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS-in) altsistemlərinə, internet vasitəsilə verilən xidmətlərə və vergi orqanlarının digər qurumlarla inteqrasiyası sisteminə, Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS-in), Beynəlxalq məlumat mübadiləsi sisteminə, elektron imzadan istifadəsinə, "Onlayn kassa" üzrə xidmətlər portalının proqram təminatına, analitik təhlil-hesabat (BI - Business Intelligence) sisteminə, banklar tərəfindən vergi ödəyicilərinin hesabları üzrə aparılmış əməliyyatlar barədə məlumatların təqdim edilməsi sisteminə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanındakı qurumların Elektron Sənəd Dövriyyəsi (ESD) sistemlərinin kommunikasiya şlyuzu (Hovuz) vasitəsilə inteqrasiyasına, Yeni Elektron portalına ((e-Portal) Reliz 1, Reliz 2, Reliz 3, Reliz 4), Nəzarət Mexanizm Qurğularının (NMQ) proqram təminatına monitorinq xidmətinin və operatorlara bu proqramdan istifadəsinə, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması xidmətinə, "Öhdəliklər üzrə vergi ödəyiciləri ilə əlaqələrin idarə edilməsi" proqram təminatına, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 195 Çağrı Mərkəzindən daxil olan sorğuların icrası ilə əlaqədar Dövlət Vergi Xidmətinin proqram təminatına texniki dəstəyin göstərilməsinin, Dövlət Vergi Xidmətinin Ehtiyat Mərkəzinin server otağında şəbəkə, əməliyyat sistemlərinin, məlumat bazalarının və arxiv sistemlərinin monitorinqi və konsultasiya xidmətlərinin göstərilməsinin AVİS-in fəaliyyətini təmin edən lisenziya və sertifikatların, "e-kassa.az", "edvgerial.az" domen adlarının satın alınması nəzərdə tutulur.
Satınalan Təşkilatın Adı |
Satınalma predmeti |
Təklifin qiyməti |
Yekunlaşma tarixi |
|
1 |
İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi" Məhdud Məsuliyyətli Cəmiyyəti |
Yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 4-cü mərhələsi (reliz 4) üzrə yeni platforma bazasında Autentifikasiya, Bəyannamə, Kargüzarlıq altsistemlərində əlavə funksional bölmələrin yaradılması və mövcud altsistemlərdə dəyişikliklərin edilməsi işlərinin görülməsi |
4.692.087,1 AZN |
14.12.2022 |
2 |
"Sahibkarliğin İnkişafi Fondu" Publik Hüquqi Şəxs |
Elektron kredit platformasının təkmilləşdirilməsi, texniki dəstək və miqrasiyası xidmətləri |
176.472,71 AZN |
18.08.2021 |
2 |
İqtisadiyyat Nazirliyi Yaninda Dövlət Vergi Xidməti |
Yeni AVİS 2 informasiya sisteminin yaradılmasının 3-cü mərhələsi (reliz 3) üzrə yeni platforma bazasında Bəyannamə, Kargüzarlıq, Şəxsi Hesab Vərəqəsi, Borclar, VÖEN altsistemlərinin əsas funksional bölmələrinin analiz edilməsi, Bəyannamə və Kargüzarlıq altsistemlərinin əsas funksional bölmələrinin proqramlaşdırması, təlimatların hazırlanması və təlimlərin keçirilməsi işlərinin yerinə yetirilməsi |
8.923.821,98 AZN |
03.08.2021 |