Dövlət Vergi Xidməti "Aztelecom" MMC (VÖEN: 9900048721) ilə satınalma müqavilə imzalayıb.
FED.az xəbər verir ki, bağlanmış müqavilə virtual server avadanlığının icarəyə götürülməsi, VEEAM proqram təminatının lisenziyasının istismarı və texniki kommunikasiya xidmətlərindən istifadə edilməsi ilə bağlıdır.
Qalib şirkətə 869 151 manat ödəniləcək.
Qeyd edək ki, "Azintelecom" MMC daha öncə Dövlət Statistika Komitəsi ilə 238 709 tender müqaviləsi bağlayıb. Həmin tenderdə isə 2023-cü il üçün xərclər smetasının 222340 - "Proqram təminatlarına və məlumat bazalarına xidmət haqlarının ödənilməsi" maddəsi üzrə Dövlət Statistika Komitəsinin informasiya sistemlərinin və ehtiyatlarının "Hökumət buludu"nda yerləşdirilməsi ilə əlaqədar "bulud" xidmətlərinin (Virtual Server və Rezervlenmə) satın alınması nəzərə tutulurdu (31.01.2023)