"İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti daha bir iri məbləğli tenderi yekunlaşdırıb.
FED.az xəbər verir ki, tenderdə Dövlət Vergi Xidmətində kibertəhlükəsizliyin təmin olunması üçün lisenziya, proqram təminatları və quraşdırılması ilə əlaqədar xidmətlər nəzərdə tutulur.
Qalib şirkət isə "Caspel" MMC seçilib.
Həmin şirkətə 1 milyon 299 min 180 manat ödəniləcək.