İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti “Dövlət Vergi Xidmətinin ortamüddətli dövr üzrə strategiyasının, Tədris Mərkəzinin transformasiya strategiyasının hazırlanması və digər məsləhət xidmətləri” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Rotas Consulting” olub. Şirkətlə 354 min manat məbləğində müqavilə imzalanıb.