Bakı Şəhər İcra Hakimiyyəti bir -birinin ardınca dörd şirkət ilə tender müqaviləsi bağlayıb.
FED.az xəbər verir ki, dəyəri 43 min 692.04 manat olan “Yanacaq və sürtkü materiallarının alınması” paraqrafına və “Nəqliyyat vasitələrinin cari təmir xərcləri” maddəsinə aid olan malların işlərin və xidmətlərin satınalınması” tenderinin qalibi “AK Fergan Company” MMC, 49 min manat dəyərindəki “Digər malların alınması” paraqrafına paraqrafına və “Maşın və avadanlıqlar” maddəsinə aid olan malların işlərin və xidmətlərin satınalınması” tenderinin qalibi isə “Limdman” MMC, 49 min 327 manat dəyərindəki “İstehlakyönlü müxtəlif xidmətlər” maddəsinə aid olan katriclərin doldurulması üçün malların işlərin və xidmətlərin satınalınması” tenderinin qalibi “Kaskan Group” MMC, 40 min 285 manat dəyərindəki “Mətbəə məhsulları üzrə xərclər” və “Sair torpaq, tikili və avadanlıqlar” paraqrafına aid olan malların işlərin və xidmətlərin o cümlədən “Dəftərxana və təsərrüfat xərcləri” paraqrafına aid printerlər üçün katriclərin satınalınması” tenderinin qalibi isə “Berg Gold Company” MMC olub.
Tender müqavilələrinin ümumi dəyəri 182 min 304.04 manatdır.