Dövlət Vergi Xidməti “DeepSage proqram təminatının əlavə funksionallığını həyata keçirən proqram modullarının alınması quraşdırılması və konfiqurasiyası” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "Nooga Development GE" MMC olub. Şirkətlə 1 milyon 020 min manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl İqtisadiyyat Nazirliyinin Tikinti-Təchizat Birliyinin 1 milyon 040 min manat dəyərindəki ““Proqram kassa sisteminin avtomatlaşdırılmış informasiya sistemi” (PKS AİS) proqram təminatının təkmilləşdirilməsi işlərinin görülməsi və proqram təminatına texniki dəstək xidmətinin göstərilməsi (ABŞ dolları)“ tenderi üzrə müqavilə imzalanıb (27.07.2022) .