Dövlət Vergi Xidməti « “Koreya Respublikası istehsalı olan 2 ədəd “Kia Optima K5” markalı “Comfort” modifikasiyalı minik avtomobillərinin satın alınması» tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi «KİA MOTORS AZ MMC» MMC olub. Şirkətlə 99 min 800 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl qurumun 272 min 727 manat dəyərindəki “Koreya Respublikası istehsalı olan 6 ədəd “Kia Optima” markalı “Comfort” minik avtomobillərinin satın alınması” (28.03.2022) tenderini qazanıb.