Dövlət Turizm Agentliyi “Şimal-Qərb istiqaməti üzrə turizm nişanlarının istehsalı, quraşdırılması, istismarı xidmətlərinin satın alınması” tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Max Print” MMC olub.
Şirkətlə müvafiq olaraq tender üzrə 200 min 591.74 manat dəyərində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Minatəmizləmə Agentliyinin 64 min 900 manat məbləğindəki “Bakı Expo Mərkəzində təşkil olunacaq 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisinin (Rebuild Karabakh-2022) keçirilməsi ilə əlaqədar sərgi stendinin və digər avadanlıqların icarəsi xidmətinin satın alınması” üzrə müqavilə bağlanılıb (10.10.2022)