“Azərsu” ASC ““Azərsu” ASC-nin daxili vəsaiti hesabına İKT sahəsi üçün lazım olan mal-material və ehtiyyat hissələrinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Technity” MMC olub. Şirkətlə 580 min 987.16 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət həmçinin Dənizkənarı Bulvar İdarəsinin 91 min 737.92 manat məbləğində “Kamera sistemi üçün avandanlıqlar, komputer, printer və onların ehtiyat hissələrinin satınalınması” tenderinin qalibi seçilib (08.12.2022).