Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi reaktivlərin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1003853391
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət 27, 3-cü mərtəbə.
Müsabiqənin başlama tarixi və vaxtı: 01.06.2023 18:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 23.06.2023 17:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 06.07.2023 17:00
Zərflərin açılış tarixi və vaxtı: 07.07.2023 17:00
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri
4. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması
5. Satınalma müqaviləsini bağlamaq səlahiyyəti olması
6. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması
7. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması
8. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması
9. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi
10. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti
11. Maliyyə vəziyyəti haqqında bank arayışı
12. Mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması barədə məlumat
İxtisas göstəriciləri:
Satınalan təşkilat tərəfindən meyar müəyyən edilməyib
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Cayməndi Sevil, Satınalma mütəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 0125259210