Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi audit xidməti ilə bağlı tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "HLB Azərbaycan" MMC (VÖEN: 1404622971) olub.
Qalib şirkətə 16 299 manat ödəniləcək.
Tenderdə Agentliyin 2022-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi nəzərdə tutulur.
"HLB Azərbaycan" MMC daha öncə Təhsil Tələbə Krediti Fondunun 17 570 manat dəyərindəki "Təhsil Tələbə Krediti Fondunun maliyyə hesabatlarının Beynəlxalq standartlara uyğunluğunun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması" (23.11.2022) və Dövlət Sosial Müdafiə Fondunun 160 min manat dəyərindəki "Dövlət Sosial Müdafiə Fondunun (qurumları) aparat və struktur bölmələrində 2020-ci il üzrə Maliyyə Hesabatlarının Beynəlxalq standartlarına uyğun hazırlanmış Maliyyə Hesabatlarının auditinin keçirilməsi xidmətinin satınalınması" tenderlərinin qalibi olub (16.05.2021).
"HLB Azərbaycan" MMC 02.04.2019-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır. Qanuni təmsilçisi Müşfiq Əliyev Tofiq oğludur.. Hüquqi ünvanı Az1010, Baki Şəhəri Nəsimi Rayonu, Füzuli, ev 53 m.118-də yerləşir.