Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində “Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi Agentliyin Aparatı və tabeli müəssisələri üçün katriclərin doldurulmasının satın alınması üzrə açıq tender elan edir.
Rayon İcra Hakimiyyəti yolların təmiri işləri üzrə - TENDER KEÇİRİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, https://www.etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu dövlət satınalmalarının vahid internet portalı vasitəsilə əldə edə və müsabiqə üçün təkliflərini təqdim edə bilərlər.
Satınalan təşkilat: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində
“Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi” publik hüquqi şəxsi
VÖEN: 1003853391
Bank: “Kapital Bank” ASC 28 May filialı
KOD: 200123
MÜXBİR HESABI: AZ37NABZ01350100000000001944
VÖEN: 9900003611
SWIFT BIK AIIBAZ2X
H/HESABI: AZ29AIIB38060019440816558112
İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (sənədlər notarial qaydada təsdiq edilməli və pdf formatında yerləşdirilməlidir).
2. Tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır).
3. Tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır).
4. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış (malgöndərən (podratçı) uçotda olduğu vergi orqanından alır, 01.05.2021-ci il tarixdən sonrakı tarixdə alınmış vergi arayışı qəbul ediləcəkdir, sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir).
5. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (2020-ci il üzrə, vergi orqanları tərəfindən təsdiq olunmalıdır, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir).
6. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir. 01.05.2021-ci il tarixdən sonrakı tarixdə alınmış bank arayışı qəbul ediləcəkdir).
7. Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması (malgöndərən (podratçı) tərəfindən hazırlanır).
8. Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (malgöndərənin (podratçının) kommersiya qurumunun dövlət reyestrindən çıxarışının və vergi uçotunda olduğunu təsdiq edən sənədin notarial qaydada təsdiq olunmuş surəti).
9. Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (uçotda olduğu vergi orqanından yüklülük barədə arayış, əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir).
10. Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması.
11. Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Daxili İşlər Nazirliyindən və ya ASAN xidmət mərkəzlərindən məhkumluq ilə bağlı arayış alınır).
12. Mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasına dair məlumat (Dövlət Statistika Komitəsindən alınmalıdır. Sənədin əsli skan edilməli və pdf formatında yerləşdirilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir).
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildə olan tender sənədləri Azərbaycan dilinə tərcümə olunmalıdır). İddiaçılar tender ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün ixtisas göstəricilərinə dair sənədləri 02.07.2021-ci il saat 15:00-a, tender təklifi ilə bank təminatını 12.07.2021-ci il saat 15:00-dək PORTAL VASİTƏSİLƏ təqdim etməlidirlər. İddiaçıların təklifləri 13.07.2021-ci il saat 15:00-da açılacaqdır. İddiaçılar açılışın nəticələri ilə Portal vasitəsilə tanış ola bilərlər.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada PORTAL vasitəsilə aparılır.