Qax Rayon İcra Hakimiyyəti Qax şəhərinin N.Nərimanov, Ş.İ.Xətai, Z.Bünyadov küçələrində, o cümlədən H.Əliyev prospektində yerləşən döngədə yol və səkilərin təmirinin satın alınması üçün açıq tender elan edir.
Dövlət Turizm Agentliyi tender - ELAN EDİR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Tender təkliflərinin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir:
-aşağı qiymət, yüksək keyfiyyət, müqavilənin vaxtında yerinə yetirilməsi və podratçının aidiyyəti xidmətlər üzrə ixtisas göstəricilərinin uyğunluğu. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını dövlət satınalmalarının vahid internet portalına (portal) elektron və asan imzalarla daxil olub “Asan ödəniş” vəsitəsilə aşağıda göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 200 (iki yüz) manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əlaqələndirici şəxs- Tağıyev Elbrus Ramiz oğlu.
Ünvan- Qax şəhəri, Azərbaycan prospekti 32.
E-mail: [email protected] Tel: iş 0242553392
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşilatın bank rekvizitləri:
Bank-Dövlət Xəzinədarlığı Agentliyi
Kod- 210005
VÖEN -1401555071
M/h- AZ41NABZ01360100000000003944
H/h-AZ89CTRE00000000000002510431
VÖEN- 4300015071
S.W.İ.F.T.BİK CTREAZ22
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-tender təklifi (tender təklifləri zərflərin açıldığı gündən sonra ən azı 30 (otuz) bank günü qüvvədə olmalıdır);
-tender təklifinin birinci əlavəsi kimi tender təklifinin ümumi qiymətinin 1 (bir) faizi məbləğində tender təklifinin təminatı - bank zəmanəti (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən sonra ən azı 30 (otuz) bank günü çox olmalıdır);
-malgöndərən (podratçı) haqqında tələb olunan sənədlər.
Bu sənədlərə aşağıdakılar daxildir:
- malgöndərənin (podratçının) tam adı, hüquqi statusu, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- iddiaçıların son bir ildəki fəaliyyəti haqqında (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
– iddiaçıların son bir il ərzində (fəaliyyətinin dayandırıldığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsilə müəyyənləşdirilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;
- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank sənədi;
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında vergi orqanları tərəfindən arayış;
- iddiaçının mikro, kiçik və orta sahibkarlıq meyarlarına uyğun olması haqqında sənəd;
- müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi və ya müəyyən hərəkətlərin yerinə yetirilməsi üçün müvafiq lisenziyaya və ya icazəyə malik olması barədə sənəd.
Sənədlər Azərbaycan dilində, tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir.) İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalınan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 2 iyul 2021-ci il saat 11.00-a, tender təklifi və bank təminatı sənədlərini isə 12 iyul 2021-ci il saat 15.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçının təklifləri 13 iyul 2021-ci il saat 11.00-da açılaçaqdır. İddiaçılar açılışın nəticələrilə portal vasitəsilə tanış ola bilərlər.
Qeyd-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.
E-şərtlər toplusunu 9 iyun 2021-ci il saat 17.00-dan sonra əldə etmək olar.