Azərbaycanın dövlət satınalmaları platformasında etibarsız təchizatçıların siyahısı genişlənməkdə davam edir.
10 gündə Maliyyə Nazirliyinin 52 tenderi ləğv edildi – SİYAHI, MƏBLƏĞLƏR, SƏBƏBLƏR
FED.az xəbər verir ki, 2024-cü ilin mart ayından 2025-ci ilin fevral ayınadək 16 təşkilat və fiziki şəxs etibarsız təchizatçı elan edilib. Siyahıya daxil olanların arasında həm iri şirkətlər, həm də fərdi sahibkarlar yer alır.
Ən yeni qərarlardan biri 2025-ci il 28 fevral tarixində “Maybo” MMC ilə bağlı verilib. Şirkət, satınalma müqaviləsinin icrasından boyun qaçırdığına görə etibarsız elan edilib. Digər şirkətlər isə əsasən nəzarət orqanlarının qərarlarına və ya müraciətlər əsasında aparılan araşdırmalara əsasən bu siyahıya salınıb.
Etibarsız təchizatçı statusu həmin təşkilatların müəyyən müddət ərzində yeni tender və satınalmalarda iştirak imkanlarını məhdudlaşdırır, bu isə onların fəaliyyətinə birbaşa təsir göstərir.
Daha detallı aşağıdakı cədvəldə:
№ |
Təchizatçı təşkilatın adı |
VOEN |
Dərc olunma tarixi |
Səbəb |
1 |
"Maybo" MMC |
2301756081 |
28.02.2025 |
Satınalma müqaviləsinin icrasından boyun qaçırılması səbəbindən Dövlət Agentliyinin 28.02.2025-ci il tarixli AİBNDA/Q-3/2025 nömrəli Qərarına əsasən |
2 |
"Mebel Afəroğlu" MMC |
1603445551 |
07.02.2025 |
Müraciət əsasında Nəzarət orqanının Qərarı ilə |
3 |
"Unisell" MMC |
2005964101 |
16.01.2025 |
Nəzarət orqanının Qərarı ilə |
4 |
"Sivvor Pp" MMC |
2008451201 |
25.12.2024 |
Nəzarət orqanının Qərarı ilə |
5 |
"Nar Tech" MMC |
0201511511 |
13.12.2024 |
Dövlət Xidmətinin Qərarı əsasında |
6 |
"General Təchizat Və Servis" MMC |
2008007161 |
10.12.2024 |
Dövlət Xidmətinin Qərarı əsasında |
7 |
"Texnolife.Az" MMC |
1307970211 |
05.12.2024 |
Dövlət Xidmətinin Qərarı əsasında |
8 |
"Vedi Construction" MMC |
1403962231 |
25.11.2024 |
Müraciət əsasında Nəzarət Orqanının Qərarı |
9 |
"Elvi.M.M. Services Group" MMC |
1403580041 |
25.11.2024 |
Müraciət əsasında Nəzarət Orqanının Qərarı |
10 |
"Topxana Layihə İnşaat" MMC |
2000157981 |
18.11.2024 |
Müraciət əsasında Nəzarət Orqanının Qərarı |
11 |
"Şabran-D" MMC |
1600826601 |
04.11.2024 |
Müraciət əsasında Nəzarət Orqanının Qərarı |
12 |
Həbib Salman Oğlu Əliyev |
0600092022 |
18.03.2024 |
İN yanında AİBNDX-nin Qərarı |
13 |
Şirvani Xəqani Oğlu Məhərrəmov |
0600574492 |
18.03.2024 |
İN yanında AİBNDX-nin Qərarı |
14 |
"Tfm-Smart Project" MMC |
6001055841 |
18.03.2024 |
İN yanında AİBNDX-nin Qərarı |
15 |
"Global Engineering Management Company" MMC |
1505974331 |
18.03.2024 |
İN yanında AİBNDX-nin Qərarı |
16 |
"Am.M Line" MMC |
1300619201 |
18.03.2024 |
İN yanında AİBNDX-nin Qərarı |