“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC (AzTV) 2022-ci il üzrə maliyyə hesabatlarının auditi bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, sorğunun qalibi "BKR İşık Konsaltinq" MMC (VÖEN: 1301536641) seçilib.
Şirkətlə 19 min manat məbləğində müqavilə imzalanıb.
"BKR İşık Konsaltinq" MMC daha öncə isə 19 500 manat dəyərində "Azərbaycan Meliroasiya və Su Təsərrüfatı" ASC ilə"Cəmiyyətin 2022-ci il konsolidə edilmiş maliyyə hesabatlarının auditi" kotirovka sorğusu üzrə satınalma müqaviləsi bağlayıb (20.04.2023).