Dövlət Statistika Komitəsinin 2022-ci il üçün xərclər smetasının 311150 – “Maşın və avadanlıqlar” maddəsi üzrə informasiya - kommunikasiya texnologiyaları məhsullarının və təsərrüfat avadanlığının satın alınması üzrə tender elan edir.
Təhsil Tələbə Krediti Fondu tenderin qalibini açıqladı – ŞƏRTLƏR
Fed.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 25.05.2022 18:00-a kimidir və iştirak ödənişi 350 manatdır.
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etmək üçün müraciət - iştirak üçün müraciət ərizəsi iddiaçı tərəfindən rəsmi blankda yazılaraq imzalanır, möhürlənir və skan edilərək PDF formatında portalda yerləşdirilir.
Mikro, kiçik və orta sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair arayış - mikro, kiçik və orta sahibkarlıq subyekti kateqoriyasına aid edilməsinə dair Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təqdim edilən və cari tarixə qüvvədə olan arayışın orijinalı skan edilərək PDF formatında Portalda yerləşdirilir.
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və bank rekvizitləri - iddiaçının dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin, dövlət reyestrindən çıxarışın, nizamnaməsinin notarial qaydada təsdiq edilmiş (təsdiqetmə tarixi elanın yerləşdirmə tarixindən sonrakı tarix olmalıdır) surəti (notariusun möhür və imzası olan səhifə də) skan edilərək PDF formatında Portalda yerləşdirilir. Bank rekvizitləri müvafiq bank tərəfindən təsdiq edilir və ya iddiaçının rəsmi blankında çap edilərək imzalanır, möhürlənir və skan edilərək PDF formatında Portalda yerləşdirilir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Şahin Sadıqlı
Əlaqə: (012) 377-10-70, daxili 22-64