Təhsil Tələbə Krediti Fondu tədbirlərin (görüşlər, təlimlər, konfranslar, təqdimatlar, seminarlar və s.) keçirilməsinin təşkili xidmətləri üzrə tenderin qalibini açıqlayıb.
Eləcə də bax: İcra Hakimiyyətinin 4.2 milyon manatlıq tenderini - BU ŞİRKƏT UDDU
FED.az xəbər verir ki, 159 30 manatlıq tenderin qalibi "Performance Consulting" MMC olub.
Xatırladaq ki, “Performance Consulting" MMC bundan əvvəl TTKF-nin fəaliyyəti ilə bağlı elan, bildiriş və reklamların, məlumatların, xəbərlərin, süjetlərin, təbliğat-təşviqat xarakterli video və audio materialların hazırlanmasının və KİV-də və sosial şəbəkələrdə yerləşdirilməsinin, yayılmasının, eləcə də ekspertlərin və tərcüməçilərin xidmətlərinin təşkili üzrə 22 656 manatlıq tenderin qalibi olub.