Dövlət Statistika Komitəsi (VÖEN – 1300189411) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti ISO 9001:2015 KİS sertifikatına malik DSK aparatının və KİS-in tətbiq edildiyi YSO-nun ISO 9001:2015 KİS üzrə yenidən sertifikatlaşdırılması məqsədilə audit xidmətlərinin satın alınmasıdır. Ehtimal olunan qiymət 64 762 manat təşkil edir.
Tender 16 yanvar 2026-cı il, saat 17:44-də dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 10 fevral 2026-cı il, saat 11:00, zərflərin açılışı isə həmin tarixdə, saat 11:00-da keçiriləcək.
İştirak haqqı 130 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Şahin Sadıqlı - Maliyyə və təsərrüfat şöbəsi müdirinin müavini
[email protected]
+994 12 377 10 70 (2247)
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 10 fevral 2026-cı il, saat 11:00-a qədər Bakı şəhəri, İnşaatçılar prospekti 81 ünvanına təqdim edə bilərlər.










