"Dövlət Sosial Müdafiə Fondu" PHŞ (VÖEN – 1300050781) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti DSMF və struktur bölmələri üçün 2025-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 310 548 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 10 fevral 2026-cı il, saat 15:00, zərflərin açılışı isə həmin tarixdə, saat 15:00-da keçiriləcək.
İştirak haqqı 350 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Zahir Əliyev - Satınalmaların təşkili və təchizat departamentinin müdiri
[email protected]
+994 50 688 00 84
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 10 fevral 2026-cı il, saat 15:00-a qədər Həsən bəy Zərdabi 80 ünvanına təqdim edə bilərlər.










