Dövlət Sosial Müdafiə Fondu "Khazar” markalı xidməti minik avtonəqliyyat vasitələrinin cari təmir işlərinin satın alınması" tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi “Eko Avto Servis” MMC (VÖEN: 1905050271) olub.
Şirkətlə 41 653 manat məbləğində müqavilə imzlanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl Sabirabad Rayon Mərkəzi Xəstəxanasının 9 009 manatlıq "Nəqliyyat vasitələrinin cari təmir xərcləri" tenderini qazanıb.