Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı pensiya, sosial sığorta və sosial müavinət məsələləri ilə bağlı bütün instansiyalarda məhkəmə işləri üzrə hüquqi təmsilçilik və yardımın göstərilməsi xidmətlərinin satın alınması məqsədilə açıq tender elan edir.
Qəbələdə dövlət tenderlərini - KİMLƏR UDUR? – SİYAHI, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, tender iştirakçılarına təklif edilir ki, dövlət satınalmalarının https://www.etender.gov.az/ vahid internet portalına (portal) elektron imzaları vasitəsilə daxil olsunlar və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən hüquqi xidmətlərin (məhkəmə işləri üzrə hüquqi yardımın göstərilməsi xidməti) satın alınması üçün keçirilən açıq tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı 200 manatdır.
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tender komissiyasının əlaqələndirici şəxsi- Mürvət Hüseyn oğlu Hüseynov - Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialın Maliyyə Departamentinin ödənişlərin maliyyələşdirilməsi şöbəsinin müdiri
Əlaqə telefonu- 012-563-55-18; 563-55-47.
E-mail: [email protected]
Ünvan- Bakı şəhəri, Ziya Bünyadov küçəsi 43.
Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:
Adı AR MN Dövlət Xəzinədarlığı Agentliyi
Kod 210005
VÖEN 1401555071
M h AZ41NABZ01360100000000003944
S.W.İ.F.T.BIK CTREAZ22
Adı DSMF (Aparat)
Hh AZ46CTRE
00000000000007018504
VÖEN 1300050781
Büdcə təsnifatının kodu - 142330
Büdcə səviyyəsinin kodu - 4
İddiaçılar tenderdə iştirak üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
-iddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi ,qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
-tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
-tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
-tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır);
-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış;
-iddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;
-iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki tender sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar tenderlə bağlı sualları portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 29 sentyabr 2021-ci il saat 12.00-a və tender təklifini 7 oktyabr 2021-ci il saat 17.00-a qədər portal vasitəsilə təqdim etməlidirlər.
İddiaçıların təklifləri 8 oktyabr 2021-ci il saat 12.00-da açılacaqdır.
İddiaçılar açılışın nəticələrilə portal vasitəsi ilə tanış ola bilərlər.
QEYD-tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada portal vasitəsilə aparılır.