Banner

Tenderlər

Dövlət şirkəti mühafizə xidməti alır - TENDER ELANI

Dövlət şirkəti mühafizə xidməti alır - TENDER ELANI | FED.az
08:36 29 Noy 2019

"AZERGOLD" QSC Daşkəsən rayonunda yerləşən Çovdar Filiz Emalı sahəsi (qiymətli metallar çıxarılan və saxlanılan yerlər istisna olmaqla) üzrə mühafizə xidmətinin satın alınması üzrə tender elan edir.

Eləcə də bax: Dövlət qurumu mühafizə xidməti axtarır - KOTİROVKA SORĞUSU

FED.az xəbər verir ki, 10,5 km əhatələnmiş hasarlar boyu 4 nəfər atlı patrul dəstəsi, 30 nəfər mühafizəçi (növbəli iş rejimi), 3 nəfər növbə rəisi (növbəli iş rejimi), 1 nəfər mühafizə rəisi olan mühafizə xidməti satın alır. Tenderdə iştirak haqqı 200 manatdır. Tender haqqında ətraflı məlumatı https://etender.gov.az/competition/open-tenders linkindən əldə edə bilərsiniz.

Açıq tenderin başlama tarixi və vaxtı: 28.11.2019 17:45

Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 19.12.2019 15:00

Tender təklifinin təqdim edilməsinin son tarixi və vaxtı: 30.12.2019 15:00

Zərflərin açılış tarixi və vaxtı: 03.01.2020 15:00

Əlaqə nömrəsi: Təchizat üzrə Baş mütəxəssis - Aygül Tağıyeva 012-505-02-02

Təşkilatın ünvanı: Azərbaycan, Bakı - AZ1004, Mikayıl Müşfiq küç., 2H

Digər xəbərlər

Banner